Türkiyədə Iğdır-Qars yolunda avtobusun iştirakı ilə baş verən qəza nəticəsində ölənlərin sayı 17-ə çatıb, daha 36 nəfər yaralanıb.
Bu haqda Modern.az Türkiyə KİV-nə istinadla xəbər verir.
Yaralananlar dərhal xəstəxanaya çatdırılıb.
Qəza sürücünün idarəetməni itirməsi nəticəsində baş verib. Avtobus yol nişanına çırpılıb.
Məlumata görə, avtobusda həmçinin Əfqanıstan və Pakistandan qeyri-qanuni yollarla Türkiyə ərazisinə keçən miqrantlar da olub.
Qeyd edək ki, bu ilin fevralında Türkiyədə 60 800 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 343 nəfər ölüb.