Bakıda yanan evdən meyit çıxıb.
Fövqəladə Hallar Nazirliyi Bakının Sabunçu rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb. FHN-dən Modern.az-a verilən məlumata görtə, ümumi sahəsi 60 m2 olan 2 otaqlı mənzildə 1 ədəd çarpayı və 2 ədəd televizor yanıb.
Yanğının kəşfiyyatı zamanı 1964-cü il təvəllüdlü Seyidov Slavik Seyid oğlunun qismən yanmış meyiti aşkar olunub.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülub.