Modern.az

Güclü küləyə görə gəmilərin də hərəkəti dayandırıldı

Güclü küləyə görə gəmilərin də hərəkəti dayandırıldı

30 Mart 2018, 11:45

Martın 30-dan 31-i gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü şimal-qərb küləyi əsəcəyi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı məlumata müvafiq olaraq “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC baş verə biləcək hadisələrin qarşısının alınması ilə bağlı qabaqlayıcı tədbirlər görüb.
 

Bu barədə Modern.az-a qurumun mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev bildirib.

O qeyd edib ki, təhlükəsizliyin təmin olunması üçün hazırda səfərdə olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus gəmilər səfərlərini müvəqqəti dayandırıblar.

“Onlar sığınacaqlarda lövbərdə gözləmə mövqeyindədirlər. Hava şəraiti düzəldikdən sonra gəmilərin hərəkəti bərpa olunacaq”.

 

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?