Modern.az

Fransada iki azərbaycanlı güllələnib, onlardan biri ölüb

Fransada iki azərbaycanlı güllələnib, onlardan biri ölüb

30 Mart 2018, 13:55

Fransada yaşayan iki azərbaycanlı güllələnib.

“Report”un Fransa mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Tuluza şəhərinin yaxınlığındakı Colomie şəhərində qeydə alınıb.

Qeyd olunub ki, “Audi” markalı avtomobildən düşən şəxs digər avtomobildə olan Rahim Namazov və həyat yoldaşına 7 güllə vurub və hadisə yerindən qaçıb.

Hadisə ilə bağlı yerli prokurorluq orqanı araşdırma aparır.

Güllələnən Rahim Namazovun vəziyyəti ağırdır, arvadı isə xəstəxanada ölüb.

Qeyd edək ki, R.Namazov Azərbaycanda məhkumluq həyatı yaşayıb, o cümlədən bir dəfə dələduzluğa görə 1 il icbari həbs cəzası alıb. Onun Azərbaycanda müxtəlif şəxslərdən pul alaraq onları aldatdığı da bildirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?