Modern.az

Razi Nurullayev Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib - FOTOLAR

Razi Nurullayev Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib - FOTOLAR

30 Mart 2018, 14:24

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədri, “Cəbhəçilər” Təşəbbüs Qrupundan prezidentliyə namizəd Razi Nurullayevin seçkiqbağı təşviqat kampaniyası davam edir.

Razi Nurullayev Qubaya səfər edib. Səfər çərçivəsində prezidentliyə namizəd Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib.

“Dinindən və dilindən asılı olmayaraq hər kəs terroru ləntləməlidir. Mübarizələr sülh yolu ilə həll olunmalıdır. Ermənistan rəhbərliyi bu məzarlığa gəlib etdikləri hərəkətə görə Azərbaycan xalqından və bütün dünya ictimaiyyətindən üzr istəyəcəyinə inanıram” - Razi Nurullayev Quba Soyqırımı Memorial Kompleksində çıxışı zamanı deyib.

Qeyd edək ki, prezidentliyə namizəd Razi Nurullayevin  Quba sakinləri ilə görüşü də keçirilib.

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?