Modern.az

Cavanşir Feyziyev: “Çox iş aparılmalıdır”

Cavanşir Feyziyev: “Çox iş aparılmalıdır”

30 Mart 2018, 14:29

“100 il bundan əvvəl, 1918-ci ilin martında minlərcə azərbaycanlı əvvəlcədən düşünülmüş soyqrımı hadisələrinin qurbanlarına çevrilib. 1918-ci ildə regionda sülh yaratmaq naminə Azərbaycan torpaqlarının bir hissəsində tarixdə ilk erməni dövlətinin yaradılması da təəssüflər olsun ki, bunun qarşısını ala bilmədi.

 

XX əsr boyunca azərbaycanlıların öz torpaqlarından sıxışdırılması, kütləvi surətdə deportasiyası, qətlə yetirilməsi davam edib. Torpaqlarımızın 20 faizi işğal edilib. Bu gün 1 milyondan çox vətəndaşımız öz ata-baba yurdlarına dönməyi səbirsizliklə gözləyir”.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisdə Dünya Azərbaycanlılarının Soyqırımının 100 illiyi ilə bağlı xüsusi iclasda çıxış edən deputat Cavanşir Feyziyev deyib.

 

Deputat bildirib ki, azərbaycanlılara qarşı baş verən hadisələrin dərindən öyrənilməsi, hər bir vətəndaşa çatdırılması və eyni zamanda soyqırımı hadisələrinin dünya miqyasına çatdırılması mühüm əhəmiyyət kəsb edir.

 

“1998-ci ildə prezident Heydər Əliyevin sərəncamı ilə 31 Mart tarixinin Dünya Azərbaycanlılarının Soyqırımı günü kimi elan edilməsi bu tədbirlərin həyata keçirilməsi üçün geniş imkanlar açıb. Bu istiqamətdə dövlət qurumları, QHT-lər, ziyalılar və vətəndaş cəmiyyətləri tərəfindən çoxsaylı tədbirlər həyata keçirilib.

 

Çoxsaylı araşdırmalar aparılıb. Bütün bunlara baxmayaraq, təəssüflə deməliyik ki, dünya miqyasında bilgilər olduqca azdır. Biz digər ölkələrin siyasətçiləri ilə görüşlərimizdə bunun şahidi oluruq. Hesab edirəm ki, beynəlxalq mediada, KİV-lərdə, elmi-kütləvi nəşrlərdə Azərbaycan həqiqətlərinin yayılması istiqamətində çox iş aparılmalıdır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?