İki gündür Azərbaycanda davam edən güclü külək bu gün dayanacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə martın 31-i günün ikinci yarısından başlayaraq hava şəraiti mülayimləşəcək.
Qeyd edək ki, martın 29-u gecədən başlayan güclü küləkli hava şəraitinin hələ də davam edir. Şimal-qərb küləyinin sürəti 18-23, arabir 25-30, Abşeron yarımadasının bəzi yerlərində isə arabir 32-35 m/s-dək güclənib.