Modern.az

Faktiki HAVA – Xınalığa 26 sm qar yağdı

Faktiki HAVA – Xınalığa 26 sm qar yağdı

31 Mart 2018, 11:06

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində martın 30-u gün ərzində, 31-i səhərədək hava şəraiti qeyri-sabit olub, şimşək çaxıb, arabir yağış, dağlıq ərazilərdə qar yağıb, bəzi yerlərdə intensiv olub.

Nazirlikdən Modern.az-a verilən məlumata görə, bəzi rayonlarda, Abşeron yarımadasında və Abşeron dəniz rayonunda güclü şimal-qərb küləyi əsib.

Düşən yağıntının miqdarı Böyük Qafqazda 11-98, Mərkəzi-Aran rayonlarında3-59, Qazax-Gəncə zonasında4-50, Kiçik Qafqazda 12-28, Naxçıvan MR-da 3-19, Lənkəran-Astara zonasında 4-9, Bakıda və Abşeron yarımadasında 1.0 mm təşkil edib.

Qar örtüyünün hündürlüyü Xınalıqda 26, Şahdağda 24, Qırızda 17, Qusarda13, Altıağacda 11, Xaltanda 8, Qubada 3 sm olub.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?