AMEA Mərkəzi Elmi Kitabxananın Sərbəst elektron resurslar şöbəsinin nəzdində yaradılan “Qorqud” viki klubunun könüllüləri tərəfindən azərbaycanlıların 1918-ci il 31 mart soyqırımına həsr olunmuş məqalələr yaradılıb.
Modern.az-ın məlumatına görə, məqalələrdən biri Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 15 iyul 1918–ci ildə yaratdığı Fövqəladə Təhqiqat Komissiyası ilə bağlıdır. Burada komissiyanın fəaliyyəti və qərarları əks olunub.
“Mart soyqırımı” adlanan başqa bir məqalədə 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhəri, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və s. ərazilərdə Bakı Soveti və Daşnaksütyundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın faktları əksini tapıb.
Vikipediya-da yaradılmış digər məqalələr Cənubi Azərbaycan, Lənkəran (1917-1919), Naxçıvan (1917-1920-ci illər), Qarabağ (1918-1920), Zəngəzur (1918-1920) bölgələrində baş vermiş soyqırımlarına həsr olunub.
Aşağıdakı linklərə daxil olmaqla məqalələrlə ətraflı şəkildə tanış ola bilərsiniz:
//az.wikipedia.org/wiki/Az%C9%99rbaycan_Xalq_C%C3%BCmhuriyy%C9%99tinin_F%C3%B6vq%C9%99lad%C9%99_T%C9%99hqiqat_Komissiyas%C4%B1
//az.wikipedia.org/wiki/Mart_soyq%C4%B1r%C4%B1m%C4%B1
//az.wikipedia.org/wiki/C%C9%99nubi_Az%C9%99rbaycanda_soyq%C4%B1r%C4%B1m
//az.wikipedia.org/wiki/Lənkəran_qəzasında_soyqırımlar_%281917-1919%29
//az.wikipedia.org/wiki/Naxçıvan_bölgəsində_soyqırımlar_%281917-1920-ci_illər%29
//az.wikipedia.org/wiki/Qarabağ_bölgəsində_soyqırımlar_%281918-1920%29
//az.wikipedia.org/wiki/Zəngəzur_qəzasında_soyqırımlar_%281918-1920%29