Modern.az

Qar uçqunu nəticəsində bir qrup turist itkin düşdü

Qar uçqunu nəticəsində bir qrup turist itkin düşdü

Aktual

31 Mart 2018, 23:42

Şənbə günü İsveçrənin Vale kantonunda baş vermiş qar uçqunu nəticəsində bir neçə nəfər itkin düşüb.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə yerli polisə istinadən "Rottu Oberwallis" radiosu məlumat yayıb.

Hadisə Fişeralp kurortu yaxınlığında qeydə alınıb. İtkin düşənlərin axtarışlarına xilasedicilər cəlb olunub.

İlkin məlumatlara görə, söhbət 5 nəfərdən ibarət turist xizəkçilərdən gedir.

Kanton polis nümayəndəsi Matias Folkenin sözlərinə görə, axtarış əməliyyatları hava şəraiti ilə əlaqədar çətinləşib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?