Modern.az

Ərdoğan İsraili terror siyasəti aparmaqda ittiham edib

Ərdoğan İsraili terror siyasəti aparmaqda ittiham edib

1 Aprel 2018, 22:50

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin baş naziri Binyamin Netanyahunu Türkiyə silahlı qüvvələrinin dinc əhaliyə qarşı guya cinayət törətməsinə qarşı səsləndirdiyi sözlərə görə tənqid edib və öz növbəsində Tel-Əvivi terror siyasəti aparmaqda günahlandırıb.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, o, yəhudilərin hərəkətlərini açıq-aşkar qeyri-insani hücum adlandırıb.

"Netanyahu çox qəribə və cəfəng bəyanatlar verir. Türkiyənin terrorçuluqla qətiyyətli mübarizə apardığı bir vaxtda, İsrail cinayətkarlıqla mübarizə deyil, terror siyasəti aparır", — deyə Ərdoğan Adanada çıxışı zamanı bildirib.

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?