31 mart 2018-ci il tarixinində Kanadanın Toronto şəhərinin mərkəzi hesab olunan Dandas Square meydanında 31 mart Dünya Azərbaycanlıların Soyqırımı günü münasibəti ilə anma tədbiri təşkil edilib.
Modern.az xəbər verir ki, tədbirdə, Toronto və ətraf şəhərlərdə yaşayan azərbaycanlılar iştirak edib. 200- ə yaxın həmvətənlimizin iştirak etdiyi tədbir 3 saata yaxın davam edib, şəhər sakinlərinə hadisə haqqında məlumatların əks olunduğu bukletlər paylanılıb.