Modern.az

Saatlıda “Shacman”ın törətdiyi dəhşətli qəzanın VİDEOSU

Saatlıda “Shacman”ın törətdiyi dəhşətli qəzanın VİDEOSU

3 Aprel 2018, 11:30

Modern.az xəbər verir ki, martın 23-də Saatlı rayonun Qaralar kəndi ərazisində 2 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzasının videogörüntüsü yayılıb.

 

Xatırladaq ki, qəza zamanı Hacıqabul rayonu Pirsaat kənd sakini, 1992-ci il təvəllüdlü Rəsulov Mehman Dövlət oğlunun idarə etdiyi "Shacman" markalı yük avtomobili təkərinin partlaması nəticəsində yoldan çıxaraq su kollektoruna aşıb.
Yük avtomobili eyni anda hərəkətdə olan İmişli sakini, 1987-ci il təvəllüdlü Allahverənov Əli Təşkilat oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobilin üstündən keçərək kanala yuvarlanıb.

 

Nəticədə “Mercedes”in sürücüsü və sərnişini hadisə yerində ölüblər. “Mercedes”də olan digər sərnişin ağır yaralanaraq Saatlı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Qəza nəticəsində su kollektoruna aşan "Shacman" markalı yük avtomobilinin kabinəsində sıxılmış vəziyyətdə qalan sürücü xüsusi avadanlıqların köməyi ilə avtomobildən çıxarılaraq Saatlı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı BDYP tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış