Modern.az

Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik təsdiqləndi

Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik təsdiqləndi

3 Aprel 2018, 13:39

Azərbaycanda tikintiyə icazə verən müvafiq icra hakimiyyəti orqanı icazədə nəzərdə tutulan məlumatları 10 iş günü müddətində deyil, 3 iş günü müddətində vahid informasiya təminatı sisteminin tərkib hissəsi olan Tikintilərin Dövlət reyestrinə təqdim edəcək.

Modern.az-ın xəbərinə görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik müzakirəyə çıxarılıb.

Məcəllənin 75-ci (Tikintiyə icazə verilməsinin ümumi qaydaları) maddəsində edilən dəyişikliyə əsasən, tikintiyə icazə verən müvafiq icra hakimiyyəti orqanı icazədə nəzərdə tutulan məlumatları 3 iş günü müddətində vahid informasiya təminatı sisteminin tərkib hissəsi olan Tikintilərin Dövlət reyestrinə təqdim edəcək. Əvvəlcə bu müddət 10 gün idi.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi