Modern.az

Hadi Rəcəbli fiziki qüsurlu insanlarla görüşdü

Hadi Rəcəbli fiziki qüsurlu insanlarla görüşdü

4 Aprel 2018, 16:54

Milli Məclisin Əmək və Sosial-Siyasət Komitəsinin sədri Hadi Rəcəbli, Lənkəranda fiziki qüsurlu insanlarla görüşüb.

 


Modern.az xəbər verir ki, görüşdə deputat prezident İlham Əliyevin son illər sosial islahatlarla bağlı verdiyi fərman və sərəncamlar, reallıqlar və perspektivlər barədə mühazirə söyləyib, sualları cavablandırıb və mövcud problemləri dinləyib.


Çıxış edənlərdən Əsgərov Faiq Cabbar oğlu, Həsənov Mail Abbas oğlu, Tağıyev Kərim Tağı oğlu, prezident İlham Əliyevin son illər əmək haqları ilə bağlı sərəncamlarını yüksək qiymətləndirib, bunun 10 % artımının Azərbaycan əhalisinin sosial müdafiəsinə 100 milyonlarla manat əlavə vəsaitin cəlb olunmasına gətirib çıxardığını vurğulayıblar.

 
Qeyd edilib ki, son illər 100-lərlə fiziki imkanları məhdud olan insanların pulsuz, hər bir şəraiti olan sanator-kurort mərkəzlərində öz sağlamlıqlarını bərpa edir.

 
Görüş iştirakçıları da öz növbələrində onlara göstərilən qayğıya görə 11 apreldə keçiriləcək prezident seckilərində İlham Əliyev cənablarına səs verəcəklərinə söz vermişlər.

  

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək