Modern.az

İtlərinə toy edən iş adamı səs-küylü xəbəri yayan şəxsi bağışladı  

İtlərinə toy edən iş adamı səs-küylü xəbəri yayan şəxsi bağışladı   

6 Aprel 2018, 15:26

Ötən ilin elə bu vaxtlarında Goranboy rayonunda yaşayan iş adamı Qalib Mustafayevin Amon və İsida adlı cins itlərinə səs-küylü toy eləməsi ictimaiyyət arasında və sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilmişdi.
Xatırladaq ki, iş adamına məxsus “Qalib Group” MMC-nin zavodunun həyətində baş tutan məclisi aşıq və balabançı müşayiət etmiş, itlərin sağlığına araq badələri qaldırılmış, tost deyilmiş, tort kəsilmiş, süfrəyə aş gətirilmişdi.


Bu günlərdə həmin itlərlə bağlı yeni məlumat eşitdik. Deyilənə görə, Qalib Mustafayev Amon və İsida adlı cins itləri artıq təsərrüfatında saxlamır. İş adamının qohumları ilə mübahisə etdiyi bildirilir. Qeyd edilir ki, hadisədən sonra yaxınları ilə dalaşan Qalib Mustafayev itlərdən də imtina edib.


Modern.az-ın əməkdaşı məsələ ilə bağlı “Qalib Group” MMC-nin direktoru Fuad Vəliyevlə əlaqə saxlayıb.O bildirib ki, qeyd edilən məlumatlar əsassızdır və həqiqətə uyğun deyil:

“Amon və İsida bizim şirkətin mühafizə itləridir. Bilirsiniz, onlar Doberman cinsindəndir və dəyərlidir. Qalib bəy həmin itlərdən imtina etməyib. Camaatın məsələlərə don geydirməsinə baxmayaraq, o itlər hələ də şirkətimizi qorumaqdadır.  Digər tərəfdən, Qalib Mustafayevin qohumları ilə mübahisəsindən söz gedə bilməz. Çünki o, kifayət qədər mülayim və mehriban insandır, hər kəslə gözəl yola  gedir. Təəssüf ki, konflikt yaratmaq , iş adamına qara yaxmaq istəyən insanlar çoxdur”.

F.Vəliyevin sözlərinə görə, ötən dəfə məlumatları yayan şəxslə bağlı məhkəmə işlərinin  görüldüyü  deyilsə də, Qalib Mustafayev həmin şəxsi bağışlayıb:

“Ötən dəfə yanlış məlumatları yayan şəxsin kimliyi bizə bəlli idi. Əslində o adam şəxsiyyət və ləyaqətimizi alçaltdığına görə qanun qarşısında, hüquqi müstəvidə cavab verməli idi. Amma Qalib Mustafayev hər zaman kasıblara, ona üz tutan şəxslərə dayaq olan bir adam olub. Bu dəfə də böyüklük edib, həmin şəxsi bağışladı. Lakin yenidən qarayaxmaların, əsassız məlumatların yayıldığını görmək təəssüf hissi doğurur. Halbuki, şirkətimiz daha faydalı işlərlə məşğuldur. Bunu işıqlandırmaq lazımdır. Hər bir jurnalistə hörmət edirik və doğru  informasiyaların dərc olunacağına əminik”.

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək