Modern.az

Bakı məktəblisi dünyanın 4 nüfuzlu universitetinə qəbul olunub - FOTOLAR

Bakı məktəblisi dünyanın 4 nüfuzlu universitetinə qəbul olunub - FOTOLAR

6 Aprel 2018, 15:47

Paytaxt məktəblisi yüksək bal toplayaraq Harvard Universitetində tam təqaüdlə təhsil almaq imkanı əldə edib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 93 nömrəli tam orta məktəbin XI sinif şagirdi İlkin Bayramlı IELTS, SAT, SAT esse imtahanlarından, “Dünya tarixi” və “2-ci səviyyə riyaziyyat” fənlərindən yüksək nəticə qazanıb.

İdarədən Modern.az-a bildirilib ki, İ.Bayramlı 2018-ci ildə qəbul faizi 4,59 faiz olan Harvard Universitetinin bakalavriat səviyyəsində təhsil almaq şansı qazanan yeganə azərbaycanlıdır.

Qeyd edək ki, istedadlı məktəbli topladığı balla Harvarddan əlavə Amerikanın Kolqeyd, Çexiyanın Çarles universitetlərində və Sinqapurun Yale-NUS Kollecində də tam təqaüdlə təhsil almaq şansı qazanıb.

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək