Modern.az

Tahir Kərimlinin birinci müavini Sərdar Cəlaloğluna ironiya etdi

Tahir Kərimlinin birinci müavini Sərdar Cəlaloğluna ironiya etdi

6 Aprel 2018, 16:03

Vəhdət Partiyası Prezidentliyə namizəd, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun deputat Tahir Kərimli ilə bağlı dediklərinə münasibət bildirib.

 

Modern.az-ın məlumatına görə,  Partiya sədrinin birinci müavini Əbdülvahab Manafov S.Cəlaloğluna ironik cavab verib.

 

O qeyd edib ki, 1990-cı ildə Tahir Kərimlini deputat seçmək, 1992-ci ildə Ali Məhkəmənin sədri təyin etmək “düzgün” deyildi.

“Tahir Kərimlinin utopik şüarları və çıxışları hamını bezdirmişdi. “Müstəqil məhkəmə hakimiyyəti yaradaq”, “rüşvətxorluğun və korrupsiyanın kökünü kəsək”, “qanun şah olmalıdır”  tipli çıxışlarını nəzərdə tuturam. Təəssüf ki, o zaman Sərdar Cəlaloğlu özünün Nobel mükafatına irəli sürdüyü "Kosmik dəyişilmələr" nəzəriyyəsini və digər böyük nəzəriyyələrini yaratmamışdı. Məsələn, Sərdar bəy sübut edir ki, o dünyada insanların cinsi olmur. Görürsünüz də, böyük Şeyx Nəsrullahın “ölü diriltmək” nəzəriyyəsini nə qədər inkişaf etdirir. Sərdar bəy Seyid Əli Xamneyiyə müraciət etsə də, Nobel mükafatına layiq olmasını dəstəkləməməsinə görə təəssüf edir. Heç Ayətullah Təbətəbai 24 cildlik Quranın təsfirində belə nəzəriyyə yarada bilməmişdi. Hələ Roma Papasının nə üçün dəstəkləməməsinə məətəl qaldıq. Bu nəzəriyyədən çox gözəl bəhrələnmək olardı. Hətta bu nəzəriyyənin Gülümsərovun “Limçay” nəzəriyyəsindən də üstün olduğunu qəbul edirik. Və yaxud Tahir bəyin dövründə məhkəmələr uşaq-muşaqları vəzifəsinə bərpa edib. Halbuki, öz hökuməti korrupsiya nədir bilməyən Rəsul Quliyev Abbas Abbasov və Müzamil Abdullayevi məhkəməsiz vəzifəyə gətirdi. Heç onlara mafioz demək olar? Bəli, ölkə bu günə ona görə düşdü ki, bir də görürdün Tahir Kərimli əlində istefa ərizəsi Milli Məclisə gəlib məcbur edir ki, ay hüquqi dövləti təmin edən bu qanunu qəbul etməlisiz və ya MDB-yə girmək istəyirsiznizsə, bu istefamı qəbul edin, buna görə yıxdığınız Ayaz Mütəllibov və Elmira Qafarovadan üzr istəyəcəm. Qoymurdu ki, hakimiyyəti işləməyə. Əlbətdə, Azərbaycan belə vəziyyətə düşəcəkdir. Deyəndə ki, Tahir bəy, Sərdar bəyin cavabını ver, qorxusundan bəhanə gətirir ki, 1990-cı ildə onun qardaşı Qurban Məmmədov mən partiya sıralarından imtina etdiyimə və Mixail Qorbaçova ölüm hökmü çıxartdığıma görə məni hakimlikdən uzaqlaşdırdıqda mətbuatda çıxış edib ki, “Dənizin çirkabı sahilə atdığını bilirdim, lakin çirkabın təmizi kənara atdığını yox” və ya deyir ki, hər ikimiz şəhidlər vermişik”.

 

Partiya təmsilçisi Sərdar Cəlaloğlunun müxalifətlə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib:

 

 “Sərdar Cəlaloğlu Suriyada müxalifətin demokratik olmadığını deyir. İddia edir ki, Azərbaycan müxalifəti Suriyada olsaydı, ölkədə bu cür hadisələr baş verməzdi. Azərbaycan müxalifətinə göz dəyməsin. Suriyanın Azərbaycandakı müxalifətlə bağlı məlumatı olmayıb, olsaydı, vəziyyəti stabilləşdirmək üçün başda Sərdar Cəlaloğlu olmaqla dəvət edərdilər. 

Sonda onun  Türkiyə ilə Konfederasiya quracağı təklifinə Azərbaycan xalqının referendumda səs verəcəyinə əminik. Lakin biz, Vəhdət Partiyası olaraq Onun böyük nəzəriyyələrini Türkiyədə təbliğ edəcəyik ki, Türkiyə xalqı da “hə” desin.

Hətta, xalqımızı çağırırıq ki, Onu Prezident seçsin. O zaman məhkəmələr qanunların əvəzinə onun nəzəriyyələrinə istinad edib qərarlar qəbul edə bilər. Və ya bir anda prezident fərmanı ilə bütün əlil və ehtiyacı olanları xoşbəxt edə bilər. Vəhdət Partiyası olaraq söz veririk ki, Partiyada təkrar seçki keçirilən zaman Tahir Bəyin üzünə bu istəyimizi xatırladacağıq. Sərdar bəy Vəhdətlə Demokrat partiyalarının birləşməsini təklif edəndə də yəqin Tahir Kərimli qoymayıb”.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər