Modern.az

Nazir: "Azərbaycanlı qadın və uşaqlarla bağlı İraqa nümayəndə göndərmişik"

Nazir: "Azərbaycanlı qadın və uşaqlarla bağlı İraqa nümayəndə göndərmişik"

6 Aprel 2018, 17:54

"Burada iraqın xarici işlər nazirinin müavini ilə görüşdük. Bu istiqamətdə işlər görürük. Lakin bu, asan məsələ deyil. Həm də təkcə bizdən asılı məsələ deyil. İraq hökuməti də bunun üzərində işləsin".

 

APA-nın xəbərinə görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qoşulmama Hərəkatının aralıq nazirlər konfransının yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

 

Nazir bildirib ki, İraq tərəfinin bu məsələdə kömək etməyə hazır olduğunu bəyan etməsinə baxmayaraq, istintaq aparılır: "İraq tərəfi hərdən bəyanatlar verir ki, azərbaycanlı uşaqların geri qaytarılmasına kömək etməyə hazırdılar, amma istintaq aparırlar. Uşaqlar haqda düşünürük, araşdırma aparırıq ki, onların burda qohumları var, ya yoxdur. Bu isə vaxt tələb edir. Biz artıq İraqa ora nümayəndə heyəti göndərmişik, görüşlər keçirilir".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək