Modern.az

Rusiyanı gözləyən sanksiyalarla bağlı  qanun layihəsi Konqresə təqdim olundu

Rusiyanı gözləyən sanksiyalarla bağlı  qanun layihəsi Konqresə təqdim olundu

6 Aprel 2018, 20:49

ABŞ-ın iki konqresmeni Sergey Skripal və qızı Yuliyanın zəhərlənməsinə dair iş üzrə Rusiyaya qarşı sanksiyaların tətbiqi üçün qanun layihəsi təqdim edib.

"Modern.az-ın rus mediasına   istinadən verdiyi xəbərə görə, sənədin mətnini konqresmenlərin köməkçiləri yayıblar. 

Qanun layihəsini Demokratlar Partiyasını təmsil edən Texasdan olan konqresmen Hoakin Kastro və Ohayodan olan respublikaçı konqresmen Mayk Terner irəlii sürüblər.

Sənəd Sergey Skripal və qızı Yuliyaya edilən hücumun məsuliyyətini daşıyanlara və Rusiya maliyyə institutlarına qarşı sanksiyaların tətbiqini nəzərdə tutur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək