Modern.az

Prezident seçkilərinin sükut günüdür

Prezident seçkilərinin sükut günüdür

Aktual

10 Aprel 2018, 08:28

Azərbaycanda aprelin 11-nə təyin edilən növbədənkənar prezidentinin seçkiləri ilə əlaqədar bu gün aprelin 10-u "sükut günü" elan olunub.

Modern.az  xəbər verir ki, Seçki Məcəlləsinə əsasən, səsvermə günü və ondan əvvəlki gün, yəni "sükut günü" hər hansı seçkiqabağı təşviqat aparmaq, mitinqlər təşkil etmək qadağandır.

Seçkiqabağı təşviqat aprelin 10-da saat 08:00-da dayandırılıb.

Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası 8 nəfərin prezidentliyə namizədliyini qeydə alıb.

Bunlar prezidentliyə namizədliyi hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Əliyev, namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülən Qüdrət Həsənquliyev, namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülən Araz Əlizadə, namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülən Fərəc Quliyev, namizədliyi “Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülən Razi Nurullayev, namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülən Hafiz Hacıyev, öz təşəbbüsü ilə namizədliyini irəli sürən Zahid Oruc və namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülən Sərdar Məmmədovdur (Cəlaloğlu).

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər