Nərimanov rayonunda mənzildən kişi meyiti tapılıb.
Bu haqda Modern.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir.
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açmış və orada aşkarlanan 1937-ci il təvəllüdlü Əliyev Eldar Əli oğlunun cəsədini aidiyyəti üzrə təhvil verib.