İstanbul akvatoriyasında güclü duman səbəbindən dəniz reysləri təxirə salınıb.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə dəniz nəqliyyatının idarə edilməsi təşkilatı bildirib.
Bununla bağlı Mərmərə tuneli gücləndirilmiş iş rejiminə keçib.
Sinoptiklərin proqnozuna görə, qeyri-sabit hava şəraiti gün ərzində davam edəcək.