Modern.az

Axtarışda olan 24 nəfər saxlanıldı  

Axtarışda olan 24 nəfər saxlanıldı  

Aktual

10 Aprel 2018, 09:42

Daxili İşlər Nazirliyi aprelin 9-dən 10-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlayıb.


Nazirlikdən Modern.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 110 cinayət faktı qeydə alınmış, onların da 20-si “isti izlər”lə açılıb.


Əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunub.  


Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.


Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 13 nəfər xəsarət alıb. 


Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilib.


Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək