Bu gün Yeni Azərbaycan Partiyasının rəsmi orqanı olan “Yeni Azərbaycan” qəzetinin fəaliyyətə başlamasından 25 il ötür.
Modern.az-ın məlumatına görə, qəzet 1993-cü il aprelin 10-da - müstəqil mətbuatımızın yeni formalaşdığı vaxtda işıq üzü görüb və media həyatına ideoloji qəzet kimi başlayıb. Ötən illər ərzində ölkənin məşhur ictimai-siyasi qəzetlərindən birinə çevrilib. “Yeni Azərbaycan” ümumi-kütləvi auditoriyaya müraciət edən çoxtirajlı qəzetlərdən, milli media nümunələrindən biridir.
İlk vaxtlarda qəzetin baş redaktoru Xeyrəddin Qoca olsa da, sonradan bu işi sabiq deputat Alqış Musayev aparıb.
2008-ci ildən isə “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğludur.