Modern.az

Şamaxıda qoyun oğruları TUTULDU

Şamaxıda qoyun oğruları TUTULDU

10 Aprel 2018, 12:02

Aprelin 9-da Şamaxı Rayon Polis Şöbəsinə müraciət edən Mədrəsə qəsəbə sakini Əhliman Bayramov bir gün əvvəl axşam saatlarında həyətinə girmiş naməlum 2 nəfərin oradan 2 baş qoyun apardığını bildirib.

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə,  faktla bağlı Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.

Dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən edilərək “isti izlər”lə saxlanılıblar.

Araşdırmalarla onların  şəhər sakinləri Vüsal Quliyev və Malik Məmiyev olduqları müəyyən edilib. Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların aprelin 6-da şəhər sakini  Səxavət Feyzullayevin həyətindən də 2 baş qoyun oğurlamaları müəyyən edilib.

Şamaxı Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

 

        

 

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək