Modern.az

Qadın çantalarından pul oğurlayan ifşa edildi

Qadın çantalarından pul oğurlayan ifşa edildi

10 Aprel 2018, 12:05

Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini F.Kərimova rayon ərazisindəki ticarət mərkəzlərindən birində  işlədiyi mağazadan çantasından içərisində 750 manatı olan pulqabısının oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları tərəfindən oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş Vüsal Məmmədov olduğu məlum olub.

Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun daha üç qadının çantalarından pul oğurlaması da müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək