11 aprel 2018-ci il tarixdə Azərbaycanda keçiriləcək Prezident seçkilərini müşahidə etmək məqsədilə Türkiyə Böyük Millət Məclisinin (TBMM) Beynəlxalq Müşahidəçilər Missiyasının üzvləri Bakıya gəlib.
Modern.az xəbər verir ki, Türkiyədən gələn Müşahidəçilər Missiyasının tərkibinə Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Necdet Ünüvar (AK Parti Adana millət vəkili), Nureddin Nebati (AK Parti İstanbul millət vəkili), Nurettin Aras (AK Parti Iğdır millət vəkili), Uğur Bayraktutan (CHP Artvin millət vəkili) və Kamil Aydın (MHP Samsun millət vəkili) daxildir. Müşahidə Missiyasının bir neçə rəsmi görüşlər keçirəcəyi nəzərdə tutulur. Seçki günü TBMM-nin müşahidəçiləri seçki prosesini izləmək məqsədilə bir sıra seçki məntəqələrini ziyarət edəcək və sonda müşahidə fəaliyyəti ilə bağlı ilkin nəticələri təqdim edəcək.