Modern.az

Məzahir Pənahovdan adı seçici siyahısında olmayanlara XƏBƏRDARLIQ

Məzahir Pənahovdan adı seçici siyahısında olmayanlara XƏBƏRDARLIQ

10 Aprel 2018, 16:59

“Azərbaycanda seçici siyahılarında problem yoxdur. Kiminsə adı seçici siyahısında olmaya bilər, bu, normaldır. Seçicinin adının seçki siyahısında olmaması vətəndaşın səsverməsinə əngəl yaratmır”.

Modern.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov mətbuat konfransında deyib.

MSK sədrinin sözlərinə görə, bəzən insanlar seçici siyahısına düşməkdən yayınırlar.

“Biz onlara çağırış edirik ki, adlarının seçici siyahısına daxil edilməsi üçün müraciət etsinlər. Təəssüflər olsun ki, insanlar buna biganə yanaşır. Bu hallar seçki prosesinə kölgə sala bilməz. Adı seçici siyahısında olmayan şəxs səsvermə hüququndan istifadə etmək istəyirsə, qeydiyyatda olduğu ərazi üzrə seçki məntəqəsinə sənədlərini təqdim edib, istədiyi namizədə səs verə bilər”.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər