Modern.az

ABŞ Rusiyaya borc almağı da qadağan edəcək

ABŞ Rusiyaya borc almağı da qadağan edəcək

10 Aprel 2018, 18:55

ABŞ Konqresi Rusiyanın dövlət borcuna və dövlət banklarına qarşı sanksiyalar paketi hazırlayır.

 

Virtualaz.org “Lenta.ru”ya istinadən xəbər verir ki, qanun layihəsi qəbul edilərsə, amerikalı fiziki və hüquqi şəxslərə Rusiyanın borc öhdəliklərini və istiqrazlarını almaq qadağan ediləcək.

Sanksiyalar Rusiya Mərkəzi Bankı, Maliyyə Nazirliyi və Milli Rifah Fondu tərəfindən buraxılmış və dövriyyə müddəti 14 gündən artıq olan qiymətli kağızlara şamil ediləcək.

 

Həmçinin “Sberbank”, VTB, “Qazprombank”, “Bank Moskvı”, “Rosselxozbank”, “Promsvyazbank” və “Vneşekonomnbank”ın istiqrazlarını almaq qadağan ediləcək. Bu dövlət bankları ilə istənilən əməliyyatlara qadağa qoyulacaq.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək