Bu mövsüm Çempionlar Liqasında ən çox gəlir əldə edən klublar məlum olub.
Modern.az xəbər verir ki, "Qarabağ" klubu cari mövsümdə 15.7 milyon avro qazanıb və bu nəticə ilə 25-ci pillədə qərarlaşıb.
Siyahıya 33,59 milyon avro ilə İngiltərənin "Liverpul" klubu başçılıq edir. Bu ölkənin digər təmsilçisi "Mançester Siti" Almaniyanın "Bavariya" klubu ilə birgə 33.36 milyon avro gəlirlə 2-3-cü yerləri bölüşürlər.
Qeyd edək ki, "Qarabağ" bu siyahıda Almaniyanın "Borussiya" (Dortmund), Fransanın "Monako", Portuqaliyanın "Benfika" və Hollandiyanın "Feyenord" klublarını geridə qoyub.
Qeyd edək ki, "Qarabağ" bu göstərici ilə həm də Azərbaycan futbol tarixində rekord göstəriciyə imza atıb. Çünki indiyədək heç bir klubumuz Qitəmiqyaslı turnirlərdə bu qədər gəlir əldə etməmişdi.