Modern.az

Çempionlar Liqasında sensasiya - \"ROMA\" YARIMFİNALDA 

Çempionlar Liqasında sensasiya - \

11 Aprel 2018, 00:39

Bu gün Çempionlar Liqasının 1/4 finalının cavab oyunlarına start verilib.

 Keçirilən iki oyunla yarımfinalın ilk  iki iştirakçısı müəyyənləşib.

“Roma” öz meydanında “Barselona”nı qəbul edib. Evdə 4:1 hesablı qələbə qazanan Kataloniya təmsilçisi növbəti mərhələyə adlamağa yaxın olsa da, İtaliya təmsilçisi inanılmazı bacarıb. Rəqibini 3:0 hesabı ilə darmadağın edən İtaliya təmsilçisi ən güclü 4 komanda sırasına vəsiqə qazanıb.

Digər oyunda isə “Mançester Siti” “Liverpul”u qəbul edib. Liverpulda keçirilən ilk görüşdə 0:3 hesablı məğlubiyyətlə üzləşən Xosep Qvardiolanın komandası bu dəfə erkən qol vursa da, "LiverpuL" ikinci hissədə 2 qol vurmaqla əzmkar qələbə qazanıb. 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək