Rusiyanın Xabarovsk şəhərində “Mi-8” tipli helikopterin qəzaya uğraması ölümlə nəticələnib.
Modern.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, hadisə Bakı vaxtı ilə 5:30-da baş verib.
İlkin məlumata görə, qəza nəticəsində helikopterin göyərtəsində olan 6 nəfər həlak olub.
Müvafiq qurumların əməkdaşları hadisə yerinə cəlb ediliblər.