Modern.az

MDB PA müşahidə missiyasının rəhbəri seçkilərin gedişindən danışdı

MDB PA müşahidə missiyasının rəhbəri seçkilərin gedişindən danışdı

11 Aprel 2018, 09:13

Rusiya Federasiyası Federasiya Şurasının sədr müavini İlyas Umaxanovun rəhbərliyi ilə MDB Parlament Assambleyası müşahidə missiyası Azərbaycan prezidenti seçkilərində səsvermə prosesinin gedişini izləməyə başlayıb.

Modern.az xəbər verir ki, Bakı şəhəri, 29 saylı Səbail seçki dairəsinin 2 saylı seçki məntəqəsində səsvermənin başlanmasını müşahidə edən İlyas Umaxanov Azərbaycan xalqını ölkənin həyatında çox mühüm siyasi hadisə - prezident seçkiləri münasibətilə təbrik edib.

“Biz MDB PA-dan beynəlxalq müşahidəçilər olaraq Mərkəzi Seçki Komissiyasının çox dəqiq və sistemli işini görürük. Mən Azərbaycanda prezident seçkilərini artıq 4-cü dəfədir müşahidə edirəm. Həm təşkilatçılıq, həm də əhval-ruhiyyə seçkidən-seçkiyə yaxşılaşır, həmçinin seçki qanunvericiliyi mükəmməlləşir. Bu islahat daha şəffaf, daha demokratik, cəmiyyətin bütün təbəqələrinin ümumi maraqlarına xidmət istiqamətində gedir. Qafqazda qəbul olunub ki, insanlar sözə deyil, əmələ güvənirlər. İnsanlar səsverməyə xoş əhval-ruhiyyə, gələcəyə inamla, ölkələrini sabit, rifah, sülh şəraitində görmək ümidi ilə gəlirlər. Əminik ki, Azərbaycan xalqı düzgün seçim edəcək”, - deyə İlyas Umaxanov vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək