Modern.az

Azərbaycanın məşhur kəndində 24 illik fasilədən sonra seçki keçirilir

 Azərbaycanın məşhur kəndində 24 illik fasilədən sonra seçki keçirilir

11 Aprel 2018, 09:22

120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin Cocuq Mərcanlı kəndində 24 ildən sonra səsvermə təşkil olunub.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, yeni yaradılan 73 saylı məntəqədə səsvermə keçirilir. Cocuq Mərcanlıdan olan 121 seçici ilk dəfə öz kəndlərində seçkilərdə iştirak edir.

Qeyd edək ki, 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinə daxil olan 73 məntəqədən 72-i 1993-cü ildən respublikanın 58 rayonunda fəaliyyət göstərir.

49788 seçicidən 49667 nəfəri məcburi köçkündür.

 

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək