Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində qadın doğuşdan sonra ölüb.
APA-nın cənub bürosunun məlumatına görə, rayonun Privolnoye kənd sakini, 1983-cü il təvəllüdlü Vəfa Ramazan qızı Yusubova qız övladını dünyaya gətirdikdən sonra vəfat edib.
V. Yusubovanın meyiti müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad Rayon şöbəsinə təhvil verilib.