Modern.az

Əhliman Əmiraslanov türkiyəli müşahidəçilərlə görüşüb

Əhliman Əmiraslanov türkiyəli müşahidəçilərlə görüşüb

Aktual

12 Aprel 2018, 16:01

Bu gün  Azərbaycan – Türkiyə  Parlamentlərarası Dostluq qrupunun rəhbəri, millət vəkili, akademik Əhliman Əmiraslanov Prezident seçkilərində müşahidəçi qismində iştirak etmək üçün ölkəmizdə səfərdə olan  Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinin tərkibinə Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq  qrupunun rəhbəri, Türkiyə Böyük Millət Məclisinin Sağlıq, Ailə, Çalışma və Sosial İşlər komisyonunun başkanı professor Necdet Ünüvar, AK Parti İstanbul millət vəkili Nureddin Nebati, AK Parti Iğdır millət vəkili Nurettin Aras, CHP Artvin millət vəkili Uğur Bayraktutan və MHP Samsun millət vəkili Kamil Aydın  daxildir.


Görüşdə  Azərbaycan  və Türkiyə hökumətləri, eyni zamanda, Azərbaycan -  Türkiyə Parlamentlərarası Dostluq qrupunun fəaliyyəti barədə və ümumiyyətlə, xalqlarımız arasındakı dostluq-qardaşlıq münasibətləri, sıx və səmərəli əməkdaşlıq kimi məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı. Qonaqlar Azərbaycanda keçirilən seçkilərin yüksək səviyyədə təşkil olunduğunu və  obyektiv keçirildiyini qeyd etdilər. Daha sonra Milli Məclisin  Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və Türkiyə Böyük Millət Məclisinin Sağlıq, Ailə, Çalışma və Sosial İşlər komisyonunun başkanı Necdet Ünüvar müvafiq komitələrin fəaliyyəti barədə və ümümilikdə hər iki ölkənin səhiyyə və tibb sahəsindəki  yeniliklər və nailiyyətlər barədə məlumat veriblər.


Sonda hər bir görüş iştirakçısı  bundan sonra da xalqlarımız arasındakı dostluq- qardaşlıq əlaqələrinin, çoxşaxəli əməkdaşlığın və səmərəli fəaliyyətin daha da inkişafı naminə səylərini əsirgəməyəcəklərini bildirdilər.


Görüşdə  millət vəkili, Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev də iştirak edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək