Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Bakı şəhəri, Binəqədi rayonunda tikintisi başa çatmamış, hər mərtəbəsi 800 m² olan 12 mərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində quraşdırılmış taxta qəliblər 480 m² sahədə yanın. Taxta qəliblərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
***
FHN Bakıda tikilməkdə olan hündürmərtəbəli binada baş vermiş yanğınla bağlı məlumat yayıb.
Modern.az-ın xəbərinə görə, yanğın binanın yuxarı mərtəbəsində baş verib.
Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerindədir. Yanğınsöndürmə işləri barədə əlavə məlumat veriləcək.
***
Bakıda tikilməkdə olan hündürmərtəbəli yaşayış binası yanır.
Modern.az-ın məlumatına görə, bu barədə sosial şəbəkədə xəbər yayılıb.
Görüntülərdə binada yaşayışın olmadığı görünür. Bina “Bolluq bazarı”nın yaxınlığında yerləşir.
Hadisə yerinə yanğınsöndürənlər briqadası cəlb olunub. Yanğının söndürülməsi üçün iş görülür.