Modern.az

Azərbaycana üç ayda gətirilən maşınların sayı açıqlanıb

Azərbaycana üç ayda gətirilən maşınların sayı açıqlanıb

13 Aprel 2018, 14:07

2018-ci ilin yanvar-mart aylarında Azərbaycana idxal olunan avtomobillərin sayı 3506 ədəd olub.

Dövlət Gömrük Komitəsindən Modern.az-a verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 19 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 3158 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 316 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 13 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək