Modern.az

İlham Əliyevin yenidən prezident seçilməsinə 56 ölkədən dəstək

İlham Əliyevin yenidən prezident seçilməsinə 56 ölkədən dəstək

18 Aprel 2018, 16:14

Bu gün Bakıda öz işinə başlayan İslam Əməkdaşlıq Təşkilatı Gənclər və İdman Nazirlərinin 4-cü Konfransında iştirak edən nümayəndə heyətlərinin yekdil qərarı ilə 56 üzv ölkəni öz sıralarında birləşdirən İƏT Nazirlər Konfransı adından Azərbaycan Prezidenti İlham Əliyevə, 11 apreldə yenidən dövlət başçısı seçilməsi münasibətilə təbrik göndərilib.

Modern.az-ın xəbərinə görə, təbrikdə bildirilib ki, İlham Əliyevin qələbəsi Azərbaycan xalqının ölkə başçısınının apardığı siyasi kursa verdiyi dəstəyin bariz nümunəsidir.

Təbrikdə eyni zamanda İƏT arealında gənclər siyasətinin qurulması və inkişaf etdirilməsində Prezident İlham Əliyevin xüsusi rolu qeyd olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi