Prezident İlham Əliyev Bakıda 40-a yaxın İslam Əməkdaşlıq Təşkilatı Gənclər və İdman Nazirləri 4-cü Konfransının açılış mərasiminin iştirakçılarına müraciət ünvanlayıb.
Ölkə başçısı müraciətində İƏT-lə münasibətlərin Azərbaycan üçün xarici siyasətin əsas sahələrindən biri olduğunu, Azərbaycanın İƏT-in bir çox yüksək səviyyəli tədbirlərinə ev sahibliyi etdiyini, ölkəmizin İƏT-də bir sıra yeni əhəmiyyətli təşəbbüslərlə çıxış etdiyi bildirib.
Müraciətdə 2004-cü ildə Azərbaycanın təşəbbüsü ilə yaradılmış İƏT Gənclər Forumunun İƏT-də ilk beynəlxalq qurum olduğu vurğulanıb.
İƏT arealında gənclər siyasətinin formalaşması və İslam həmrəyliyinin gücləndirilməsinə verdiyi töhfələr yüksək qiymətləndirilib, xüsusi əhəmiyyət daşıdığı qeyd olunub.
Eyni zamanda müraciətdə Azərbaycanın 2017-ci ildə 4-cü İslam Həmrəylik Oyunlarını ən yüksək standartlara uyğun keçirməsi, ölkəmizin İƏT arealında idman siyasətinə və idman vasitəsilə islam həmrəyliyinə verdiyi önəm kimi qeyd olunub.