Modern.az

Milli Məclis təcili iclas çağırdı - Sabah Baş nazirin kimliyi açıqlanacaq 

Milli Məclis təcili iclas çağırdı - Sabah Baş nazirin kimliyi açıqlanacaq 

20 Aprel 2018, 15:35

Sabah saat 12.00-da Milli Məclisin plenar iclası keçiriləcək. Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

İclasın gündəliyi barədə məlumat verilməyib.

Modern.az-ın əldə etdiyi məlumata görə, Milli Məclisin sabahkı iclasında Baş nazir təyinatına baxılacaq.

Qeyd edək ki, Azərbaycan Konstitusiyasının 109-cu maddəsinə görə, Baş nazirin namizədliyini prezident irəli sürür. Və həmin namizəd Milli Məclisə təqdim edilir.

Prezident həmin namizədi Milli Məclisin razılığı ilə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edir. 

 

 

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər