Modern.az

Dmitri Medvedev yeni Baş nazir Novruz Məmmədovu təbrik etdi

Dmitri Medvedev yeni Baş nazir Novruz Məmmədovu təbrik etdi

21 Aprel 2018, 20:07

Rusiya Federasiyası hökumətinin sədri Dmitri Medvedyev Novruz Məmmədovu Azərbaycanın Baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.

Modern.az-ın məlumatına görə, bu barədə Rusiya hökumətinin saytında yayılan məlumatda qeyd edilib.

Təbrikdə deyilir: "Rusiya və Azərbaycanı hüquq bərabərliyi prinsipləri, bir-birinin maraqlarına hörmət və mehriban qonşuluq əsasında strateji tərəfdaşlıq münasibətləri bağlayır. Əminəm ki, ikitərəfli ticari-iqtisadi əlaqələrin gələcəkdə daha da möhkəmləndirilməsi, nəqliyyat, neft-qaz, aqrosənaye, yüksək texnologiyalar, təhsil və mədəniyyət sahələrində böyük birgə layihələrin həyata keçirilməsi ölkələrimizin uzunmüddətli maraqlarına tam şəkildə cavab verir".

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK ETİRAF - Təyyarənizi biz vurmuşuq!