Modern.az

Bakı-Moskva reysi ilə uçan təyyarə məcburi eniş etdi

Bakı-Moskva reysi ilə uçan təyyarə məcburi eniş etdi

21 Aprel 2018, 21:58

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakı-Moskva reysini həyata keçirən sərnişin təyyarəsi Sankt-Peterburqun "Pulkovo" hava limanında məcburi eniş edib.

 

AZAL-dan “APA-Economics”ə verilən  məlumata görə, Moskvanın "Vnukovo"  hava limanında (VKO) əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq "Azərbaycan Hava Yolları"nın J2-830 reysi "Pulkovo" hava limanına (LED) uğurlu eniş edib.

 

“Təyyarə hava şəraiti yaxşılaşdıqdan sonra Sankt-Peterburqdan Moskvaya yola düşəcək”, - deyə məlumatda vurğulanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan ŞOK ETİRAF - Təyyarənizi biz vurmuşuq!