Modern.az

Vəzifəsiz qalan Abid Şərifov danışdı: \"Sədaqətlə xidmət edəcəm\"

Vəzifəsiz qalan Abid Şərifov danışdı: \

21 Aprel 2018, 22:10

Xəbər verildiyi kim, bu gün prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləyib.

Uzun illər hökumətdə baş nazirin müavini postunu tutan Abid Şərifov da yol salınanlar sırasında olub.

Modern.az Gununsesi.info-ya istinadən xəbər verir ki, Abid Şərifov ölkə başçısının sərəncamını şərh edib:

”Mən uzun illər dövlətə xidmət etmişəm. Bu mənim baş nazirin müavini kimi vəzifəm olub. Bu gün də sadə vətəndaş kimi dövlətimə, prezidentimə sədaqətlə xidmət edəcəm. Allah İlham Əliyevə can sağlığı versin. Bu gün uğurlarımız onun rəhbərliyi ilə qazanılıb. Mən sizə də təşəkkür edirəm ki, yada saldınız”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan ŞOK ETİRAF - Təyyarənizi biz vurmuşuq!