Ermənistanın baş naziri Serj Sarkisyan və etiraz aksiyasının lideri, deputat Nikol Paşinyan arasında keçirilən görüş nəticəsiz yekunlaşıb.
Modern.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata əsasən, Sarkisyan qısa sürən nəticəsiz danışıqlardan sonra danışıqları tərk edib.
Sarkisyan öncə bildirib ki, danışqılar jurnalistlərin iştirakı ilə keçirilməməlidir, Paşinyan buna cavab olaraq deyib ki, danışıqlar zamanı yalnız Sarkisyanın istefası müzakirə olunacaq.
"Əgər siz bu cür danışmağa davam etsəz, mənə yalnız hüquqi müstəviyə və məntiqi hərəkətlərə qayıtmaq qalır, əks halda bütün məsuliyyət sizin üzərinizə düşür, seçin", deyə Sarkisyan bildirib.
Paşinyan qeyd edib ki, heç kim onunla hədə-qorxu dilində danışa bilməz. O əlavə edib ki, prezident ölkədə nə baş verdiyini dərk etmir: "Ölkədə hakimiyyət xalqa keçib".