Modern.az

Yerevanda 3-ü deputat olmaqla 228 nəfər saxlanılıb

Yerevanda 3-ü deputat olmaqla 228 nəfər saxlanılıb

Aktual

22 Aprel 2018, 17:15

Hüquq-mühafizə orqanlarının əməkdaşları Yerevanda 228 nümayişçini saxlayıb.

 

Modern.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bunu polisin mətbuat xidməti bildirib.

 

Qeyd olunur ki, aksiya rəhbəri, müxalif deputat Nikol Paşinyan, daha iki deputat Artur Mirzoyan və Sasun Mikayelyan da polis tərəfindən saxlanılıblar.

 

Xatırladaq ki, bu gün səhər Nikol Paşinyan və baş nazir Serj Sarkisyan arasında qısa sürən danışıqlar nəticəsiz yekunlaşıb.

 

Qeyd edək ki, aprelin 13-dən Yerevanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyası keçirilir. Etirazlar zamanı polislə aksiya iştirakçıları arasında qarşıdurmalar yaşanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan ŞOK ETİRAF - Təyyarənizi biz vurmuşuq!