Hindistanda baş verən ağır yol qəzası 13 uşağın həyatına son qoyub.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Uttar Pradeş ştatında olub. Qatar ilə şagirdləri məktəbə aparan servis avtobusunun toqquşması nəticəsində avtobusu idarə edən sürücü və 13 şagird həlak olub.
Qəzada ölən uşaqların hamısının yaşı 10-dan az olub. Onlarla şagirdin yaralandığı bildirilir.