Böyük Britaniya kral ailəsinə mənsub olan Şahzadə Uilyamın oğlunun adı məlum olub.
Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, 23 aprel tarixində dünyaya göz açan körpənin adı Luis Artur Çarlz olub. Məlumatda qeyd olunur ki, körpə Kembric Şahzadə Lui kimi çağırılacaq.
Kral ailəsi körpənin adını açıqlamadan əvvəl maraqlı bir yarış keçirib. Körpənin adının Artur,Ceyms, Albert, Filip və ya Aleksandr olduğu qeyd olunub. İngiltırı əhalisi arasında təxminən 100000 nəfərin iştirak etdiyi sorğuda adı düzgün təxmin edənlər yarışa qoyduqları hər 1 funt-sterlinq əvəzinə 20 qatını qazanıblar.