Modern.az

Bakıdakı “Tramp binası”nda baş verən yanğın söndürüldü - FOTOLAR + VİDEO - YENİLƏNİB-4

Bakıdakı “Tramp binası”nda baş verən yanğın söndürüldü - FOTOLAR + VİDEO - YENİLƏNİB-4

Aktual

28 Aprel 2018, 14:10

Bakının Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən çoxmərtəbəli iş mərkəzində baş verən yanğın söndürülüb. 

Modern.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri alovu tamamilə söndürüblər. 

***

Modern.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən çoxmərtəbəli binada yanğın baş verib.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerindədir. 

Bakıda əvvəllər “Trump Tower” kimi tanınan çoxmərtəbəli binada yanğının artıq lokallaşdırıldığı bildirilir. 

 
Hazırda yanğınsöndürənlər tərəfindən yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Olay yerinə fövqəladə hallar naziri Kəmaləddin Heydərov da gəlib. Yanğınsöndürmə işləri barədə əlavə məlumat veriləcək.

***

Bakıda əvvəllər  “Trump Tower” kimi tanınan çoxmərtəbəli binada yanğın başlayıb. 

Modern.az-ın hadisə yerində olan əməkdaşının veridiyi xəbərə görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə maşınları cəlb olunub. Bir qədər öncə fövqəladə hallar naziri Kəmaləddin Heydərov da olay yerinə gəlib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür. 

****

Bakıda əvvəllər  “Trump Tower” kimi tanınan çoxmərtəbəli binada yanğın başlayıb. 

Modern.az-ın hadisə yerində olan əməkdaşının veridiyi xəbərə görə,  yanğın binanın orta mərtəbələrində baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə maşınları cəlb olunub. Hadisə yerinə fövqəladə hallar nazirinin  müavini Etibar Mirzəyev də gəlib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür. Ətraf ərazilərdə yollar bağlanıb.

 

 “Trump Tower” binası Bakı şəhərindəki Yusif Səfərov küçəsində yerləşir. 72 mənzil və 189 ayrı otel nömrəsindən ibarət çoxmərtəbəli binanın hündürlüyü 130 metrdir. “Trump Tower Baku” 33 mərtəbədən ibarətdir. Binanın tikintisi 2008-2015-ci illərdə aparılıb.






Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər